Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb.
Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxu.az
Tarix: 7 Noyabr 2025, 20:49