EN

Fələstin Prezidenti İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Zəfərin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, Fələstin Prezidentinin təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Chosen
27
6
aznews.az

10Sources