EN

Lənkranda kənd arası yollar bərbad vəziyyətdəVİDEO

İrili-xırdalı çalalar, dağılmış asfalt örtüyü...

Xezerxeber.az xəbər verir ki, görüntülər Lənkranın Osaküçə və Sinovli kəndlərini birləşdirən yoldandır.

Kəndə gələn yolun, eləcə də kəndarası yolların bərbad vəziyyətdə olması xüsusilə şagirdlərə xeyli çətinlik yaradır. Həmçinin avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır, marşrut avtobuslarında uzun intervallar yaranır. Sakinlər deyirlər ki, yolların bərbad olması kəndin turizm potensialına və sahibkarlıq fəaliyyətinə də mənfi təsir göstərir.

3 km-lik Osaküçə - Sinovli yolunun nə vaxt bərpa olunacağını öyrənmək üçün Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, qeyd olunan yolun yenidən qurulması "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilib. Hazırda sözügedən layihələrin icrası məqsədilə müvafiq sənədləşmə və planlaşdırma işləri həyata keçirilir. Bu yolların yenidən qurulması maliyyə vəsaitinin ayrılmasına uyğun olaraq yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
70
1
xezerxeber.az

2Sources