EN

“Mumiya”nın dördüncü hissəsini çəkəcəklər

Kult statusu qazanmış “Mumiya” film seriyası geri qayıdır.

Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Bildirilib ki, layihənin yeni – dördüncü hissəsinin çəkilişləri ilə bağlı danışıqlar davam edir. Film birinci və ikinci hissələrin birbaşa davamı olacaq və üçüncü filmdə baş verən hadisələri “yox sayacaq”.

Yeni filmin ssenarisi üzərində Devid Kogeşol işləyir. Layihənin prodüseri əvvəlki üç hissənin də prodüseri olmuş Şon Denieldir. Məlumata görə, Brendon Freyzer və Reyçel Vays yenidən baş rollarda çıxış edəcəklər.

Bundan başqa, aktyorlar Con Hannan, Patrisiya Velaskes, Oded Fer və Arnold Voslu da filmin yeni hissəsində rol ala bilərlər.

Layihə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.

"Cebheinfo.az"

Chosen
12
2
cebheinfo.az

3Sources