İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, mükafat “Roma” klubunun çalışdırıcısı Can Pyero Qasperiniyə təqdim edilib.
Paytaxt təmsilçisi ötən ay liqada dörd matç keçirib – “Fiorentina” (2:1), “Sassuolo” (1:0) və “Parma” (2:1) üzərində qələbə qazanan “Roma” yalnız “İnter”ə (0:1) məğlub olub.
Hazırda Qasperininin komandası 4-cü pillədə qərarlaşıb və lider “Napoli”dən cəmi bir xal geri qalır. A Seriyanın zirvəsində sıx mübarizə davam edir.
“Roma” növbəti qarşılaşmasını noyabrın 9-da evdə “Udineze”yə qarşı keçirəcək.