EN

8 Noyabr – Zəfər Günü: Qəhrəmanlığın və Qürurun Təntənəsi

Bakı.Trend:

8 Noyabr Azərbaycan xalqının ən şanlı, ən qürurlu və unudulmazgünlərindən biridir.

Bu tarix xalqımızın əzmini, milli birliyini, torpağa və Vətənəolan sonsuz məhəbbətini əks etdirir. 2020-ci il noyabrın 8-dəAzərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu gün, xalqımızınotuz ilə yaxın davam edən həsrətinə son qoydu, Qarabağın tacı –Şuşa şəhəri azad olundu.

Qarabağ zəngin təbiəti, tarixi abidələri, musiqisi vəmədəniyyəti ilə xalqımızın kimliyinin ayrılmaz hissəsidir. Lakin1988-ci ildən başlayan Ermənistanın təcavüzü nəticəsindətorpaqlarımız işğal olundu, yüz minlərlə soydaşımız doğma yurdundandidərgin salındı. Xalqımız otuz ilə yaxın bir müddətdə buhaqsızlığa dözdü. Lakin hər bir azərbaycanlının qəlbində bir arzuyaşayırdı – “Qarabağ Azərbaycandır!”.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsiAzərbaycan Ordusunun şanlı tarixinə çevrildi. Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsizigidlik və peşəkarlıq göstərdi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Laçın vədaha onlarla yaşayış məntəqəsi ardıcıl azad edildi. Hər bir döyüş,hər bir qələbə şəhidlərimizin qanı bahasına qazanıldı.

Bu müharibənin zirvəsi isə 8 noyabr – Şuşanın azad olunmasıoldu. Qəhrəman Azərbaycan əsgəri dağları, qayaları aşaraq, əlbəyaxadöyüşlə Şuşanı düşməndən azad etdi. Şuşanın azadlığı bütövAzərbaycanın azadlığı, xalqımızın birliyi və gücünün simvolunaçevrildi.

Bu qələbə təkcə ordumuzun hərbi gücü deyil, həm də xalqımızınbirliyinin, Vətən sevgisinin, dövlətinə və liderinə olan inamınınnəticəsidir. Qələbə günlərində bütün Azərbaycan bir ürək kimidöyündü – ön cəbhədə əsgərlərimiz vuruşurdu, arxa cəbhədə isəxalqımız onlara dua və dəstəklə dayanmışdı. Bayrağımız azad edilmiştorpaqlarda dalğalandıqca, şəhidlərimizin ruhu şad oldu.

Şəhidlərimizin əziz xatirəsinə Zəfər Günü, eyni zamanda,şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram günüdür. Onlarcanlarını Vətən uğrunda qurban verərək bizə azadlıq, qürur və şərəfbəxş etdilər. Hər bir şəhidin adı xalqımızın yaddaşında əbədiyaşayır. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir.

Zəfərdən sonra Azərbaycan tarixində yeni bir mərhələ başlandı.Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərihəyata keçirilir. Qayıdış proqramı çərçivəsində insanlar yenidəndoğma yurdlarına dönür, Qarabağda həyat yenidən canlanır. Bu günŞuşada bayrağımız qürurla dalğalanır, mədəniyyətimiz, musiqimiz,ruhumuz yenidən doğulur.

8 Noyabr – Zəfər Günü yalnız bir qələbənin deyil, həm də millidirçəlişin, birliyin, ədalətin və haqqın təntənəsidir.
Və bu həqiqət artıq bütün dünyaya bəllidir.

Azərbaycan xalqı bu zəfərlə öz tarixini, kimliyini və gücünü birdaha sübut etdi. 8 Noyabr sonsuza qədər xalqımızın qürur və iftixargünü kimi qalacaq.

Chosen
71
2
az.trend.az

3Sources