"Barselona" rəhbərliyi “Kamp Nou”da Lionel Messiyə xüsusi vida mərasimi keçirə bilər.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Laporta açıqlayıb ki, argentinalı ulduza olan bu mərasim yalnız “Kamp Nou”nun tam şəkildə yenidən açılmasından sonra keçiriləcək.
Yeni stadion 100,000 azarkeşi qəbul edə biləcək.
Laporta bildirib: “Bu, təşəkkürümüzü və hörmətimizi göstərməyin gözəl bir yolu olacaq. Stadion hazır olduqdan sonra Messi və klubun haqq etdiyi vidanı təşkil edəcəyik.”