EN

“Barselona” “Nou Kamp”a qayıtdı 894 gündən sonra

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona” doğma stadionu “Nou Kamp”a qayıdıb. 

QOL.az xəbər verir ki, bu, 894 gündən, təxminən 2.5 illik fasilədən sonra baş verib. 

“Barselona”nın doğma stadiondakı məşqini təxminən 20 min azarkeş canlı izləyib. 

Stadiona giriş biletlə olub. Klubun rəsmi fanatları hazırlıq prosesinə tamaşa etmək üçün 5, digərləri isə 10 avro ödəyiblər.  Əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Qeyd edək ki, “Barselona” “Nou Kamp”dakı ilk matçını noyabrın 22-də keçirəcək. Kataloniya klubu həmin gün La Liqanın 13-cü turu çərçivəsində “Atletik”i qəbul edəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
72
2
qol.az

3Sources