BAKI, 8 noyabr. TELEQRAF
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Xalqlar Dostluğu stansiyasının yaxınlığında yerləşən gözəllik salonunda qeydə alınıb.
1995-ci il təvəllüdlü Çələbiyeva Cahan Eyvaz qızı işlədiyi gözəllik salonunda bıçaqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, qadını onun sevgilisi bıçaqlayıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.