RU

Bakıda gözəllik salonunda qadın sevgilisi tərəfindən bıçaqlanıb

BAKI, 8 noyabr. TELEQRAF

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə Xalqlar Dostluğu stansiyasının yaxınlığında yerləşən gözəllik salonunda qeydə alınıb.

1995-ci il təvəllüdlü Çələbiyeva Cahan Eyvaz qızı işlədiyi gözəllik salonunda bıçaqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, qadını onun sevgilisi bıçaqlayıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Избранный
62
teleqraf.com

1Источники