EN

“Mən sənin çörəyinə bais olmamışam” – Kəmalə Nəsibovadan Qumrala cavab – VİDEO

Müğənnilər Kəmalə Nəsibova və Qumral arasında növbəti dəfə gərginlik yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, iki sənətçi canı efir zamanı telefon bağlantısı vasitəsi ilə əlaqə yaradaraq münasibətlərinə aydınlıq gətirib.

Kəmalə Nəsibova söhbət zamanı bildirib ki, Qumrala heç vaxt mane olmayıb və onun uğuruna sevinir:

“Sən fikirləşirsən ki, mən sənin çörəyinə bais oluram, pul qazanmağına maneçilik edirəm? Bir oğlumun canına and içirəm – bu mümkün deyil. Mən hər zaman efirdə demişəm ki, Qumral yaxşı qızdır, oxuyur, əcəb edir, ruzun bol olsun.”

Müğənnilərin bu söhbəti sosial mediada böyük maraqla qarşılanıb.

Chosen
61
nocomment.az

1Sources