EN

Orban Budapeştdə keçiriləcək Rusiya–ABŞ sammitindən danışdı

BAKI, 8 noyabr. TELEQRAF

Rusiya və ABŞ liderlərinin Budapeştdə keçiriləcəyi planlaşdırılan görüşü gündəmdə qalır, lakin onun tarixi hələ müəyyən edilməyib.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampla Ağ Evdə baş tutan danışıqlardan sonra deyib.

“Moskva və Vaşinqton arasında sammit məsələsi aktualdır. Görüş münasib şərait formalaşdıqdan sonra baş tutacaq. Hazırda isə dəqiq tarix barədə danışmaq mümkün deyil”, - Orban Macarıstan jurnalistləri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Chosen
47
teleqraf.com

1Sources