EN

Azərbaycanı ucaldan, xalqımızı məğrur edən, gələcəyimizə işıq salan Zəfər

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnənVətən müharibəsinin başa çatmasından 5 il ötür. 2020-ci ilsentyabrın 27-də başlanan və noyabrın 10-da Ermənistanınkapitulyasiya etməsi ilə başa çatan bu savaş Azərbaycan xalqınınəyilməz ruhunu, dövlətimizin gücünü dünyaya nümayiş etdirdi. Busavaşda qazanılan şanlı Zəfər möhtərəm Prezidentimiz, Müzəffər AliBaş Komandan İlham Əliyev cənablarının yürütdüyü qətiyyətlisiyasətin ən möhtəşəm təntənəsinə çevrildi.

Azərbaycan xalqı hər zaman böyük əminliklə inandı ki,torpaqlarımız işğaldan mütləq azad ediləcək. Bu inamın və əminliyinəsasında dayanan siyasi-mənəvi amil Ulu Öndər Heydər Əliyevtərəfindən müəyyən edilən və Prezident İlham Əliyev tərəfindənqətiyyətlə davam etdirilən siyasət idi. Cənab İlham Əliyevrespublikamıza rəhbərlik etdiyi ilk gündən torpaqlarımızın işğaldanazad olunması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirdi.Silahlı Qüvvələrimizin döyüş imkanları, ordumuzun şəxsi heyətininpeşəkarlığı artırıldı, yeni hərbi birliklər yaradıldı.

Torpaqlarımızın işğaldan azad olunmasına hesablanan fəaliyyətyalnız ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi iləyekunlaşmadı, eyni zamanda siyasi sferada mühüm addımlar atıldı,respublikamızın beynəlxalq birlikdəki mövqeləri daha damöhkəmləndirildi. Hücum diplomatiyası yürüdülərək, Ermənistanınişğalçı siyasəti bütün siyasi platformalarda ifşa edildi. Eynizamanda iqtisadi yüksəlişə nail olunması Azərbaycanın dünyadanüfuzunu artırdı, beynəlxalq miqyasda uğurlarımıza yol açdı vəErmənistanın siyasi-diplomatik küncə sıxışdırılmasınışərtləndirdi.

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bəyan edirdiki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan öz ərazilərininmüharibə yolu ilə işğaldan azad edəcək. 2020-ci il sentyabrın 27-dəErmənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağsavaşı Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu. SilahlıQüvvələrimizin «Dəmir yumruq» adını alan əks hücum əməliyyatımüharibənin ilk saatlarından torpaqlarımızın işğaldan azad edilməsiilə nəticələndi. Bir-birinin ardınca kəndlərimizin, rayonlarımızın,və şəhərlərimizin azad olunması dövlətimizin gücünü, ordumuzunyüksək döyüş qabiliyyətini, xalqımızın milli birliyini dünyayanümayiş etdirdi.

Bu müharibədə Azərbaycan xalqı və dünya bir daha Prezident İlhamƏliyevin dəmir iradəsini, yenilməz qətiyyətini, vətənpərvərliyinigördü. Dövlətimizin başçısı yüksək diplomatiyası ilə ölkəmizə qarşıolan bütün xarici siyasi təzyiqləri iflasa uğratdı. Eyni zamanda,Prezident İlham Əliyevin müharibə günlərində xalqa etdiyimüraciətlər, xarici KİV-ə verdiyi müsahibələr Azərbaycanıinformasiya savaşının qalibinə çevirdi.

Qeyd etdiyim kimi “Dəmir yumruq” əməliyyatının ilk saatlarındancəbhə xəttindən qələbə xəbərlər gəldi. Prezident İlham Əliyevinböyük sevinclə xalqımıza çatdırdığı zəfər müjdələri, Cəbrayılın,Suqovuşanın, Hadrutun, Zəngilanın, Qubadlının, o cümlədən Şuşa,Xocalı, Laçın və Ağdərə rayonlarının bir sıra kəndlərinin işğaldanazad olunması göstərirdi ki, tam qələbə günü uzaqda deyil. Zəfərmüjdələri həm də müharibə günlərində xalqımızın və ordumuzunmübarizliyini daha da gücləndirən, cəmiyyətimizin ovqatını məhzqalibiyyət ruhunda kökləyən mühüm siyasi-mənəvi faktorlar kimiözünü göstərdi.

Cənab Prezident İlham Əliyev Vətən müharibəsi günlərindəxalqımıza növbəti və həm də səbirsizliklə gözlənilən xoş müjdəninoyabr ayının 8-də çatdırdı. Həmin gün Şuşa şəhərinin işğaldan azadedilməsi müharibənin taleyini müəyyən edən mühüm hərbi hadisə olduvə məhz bundan sonra Ermənistanın kapitulyasiya etməkdən başqa yoluqalmadı. 8 noyabr tarixi isə təqvimə Zəfər Günü kimi yazıldı.

44 gün davam edən bu savaşda Azərbaycan Ermənistana tarixi boyuunutmayacağı layiqli cəzanı verdi. Cənab Prezident İlham ƏliyevinAli Baş Komandanlığı ilə ordumuz işğalçı dövləti döyüş meydanındaməğlub edərək xalqımıza Zəfər sevincini yaşatdı. 2020-ci il noyabrayının 10-da Azərbaycanın şərtləri əsasında imzalanan Üçtərəflibəyanat isə respublikamızın siyasi-hərbi qələbəsi oldu. Üçtərəflibəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da işğaldan azadedildi.

Torpaqlarımızın işğaldan azad olunmasının əsasında möhtərəmPrezident İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasikursu dayandı. «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunumən bilirəm» - deyən Prezident İlham Əliyev 44 günlükVətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpaetdi. Bu qələbə Azərbaycanı ərazi bütölüyünün fonunda həm dəbeynəxalq hüququn müddəalarının icrasının təntənəsi kimi tarixəhəkk olundu.

Müharibədən ötən 5 ilin mənzərəsi də Prezident İlham Əliyevinmilli maraqları rəhbər tutan qətiyyətli siyasi kursundan,dövlətimizin qüdrətindən xəbər verir. Bunun ən böyük nümunəsi2023-cü ilin antiterror əməliyyatları nəticəsində Qarabağda erməniseparatizminə son qoyulmasıdır. Artıq Qarabağda Azərbaycanınkonstitusiuon əsasları və milli ərazi suverenliyi tam təminolunub.

Ötən 5 ildə Azərbaycanın nail olduğu əsas siyasi-diplomatik uğurisə ərazilərimizin işğaldan azad olunması və Qarabağda erməniseparatizminə son qoyulması nəticəsində yaranan reallıqlarınbeynəlxalq birlik tərəfindən qəbul edilməsidir. Dünya erməniliyininsiyasi mərkəzləri kimi tanınan dövlətlər belə Azərbaycanınyaratdığı yeni reallıqları artıq qəbul edirlər. Çünki başqa yollarıda yoxdur.

5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəmbərpa və quruculuq işləri isə Azərbaycanın qüdrətinin növbətitəcəssümüdür. Hazırda Azərbaycan Lüksemburq dövlətinin ərazisindən4 dəfə böyük olan Qarabağ və Şərqi Zəngəzuru tamamilə yenidənqurur. Ən əsası odur ki, işğaldan azad edilmiş ərazilərimizdəkibərpa və yenidənqurma işləri yalnız Azərbaycan dövlətinin özmaliyyə imkanları hesabına həyata keçirilir.

Xalqımız hər il 8 noyabr Zəfər gününü böyük qürurla qarşılayır,şəhidlərimizi ehtiramla yad edir. Vətən müharibəsində qazanılanzəfər Azərbaycanın yalnız hərbi uğuru deyil. Bu Zəfər Azərbaycanındövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunan, xalqımızıməğrur və başıuca edən, gələcəyimizə işıq salan bir möhtəşəmhadisədir. Milli kimliyimizi dünyaya tanıdan bir tarixi irs daimfəxr mənbəyimiz olacaq. Azərbaycan xalqı bu Zəfərlə hər zaman qürurduyacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Chosen
87
4
az.trend.az

5Sources