EN

Biləsuvarda ağır qəza -

Biləsuvar rayonunda iki avtomobilin toqquşmaqsı nəticəsində xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
7
metbuat.az

8Sources