AZ

Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var

Ajans.az xəbər verir ki,hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır./report.az

Seçilən
13
7
Ajans.az

8Mənbələr