EN

ABŞ nin böyük şəhərlərində Zəfər Günü qeyd olunur

ain.az bildirir, Baku.ws portalına istinadən.

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə ABŞ-nin beş böyük şəhərində eyni vaxtda məlumatlandırma aksiyası keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Vaşinqton, Nyu-York, Atlanta, Detroit və Boston şəhərlərinin mərkəzi küçə və meydanlarında Azərbaycanın tarixi qələbəsini əks etdirən LED ekranlı avtomobillər hərəkət edir.

Avtomobillərin LED ekranlarında "Cəsarət və qürurla 5 il", "Azərbaycanın qələbəsi – ədalətin zəfəri", "Azərbaycan qalib gəlib, ədalət qalib gəlib", "Qarabağda davamlı sülh üçün birlikdə", "Qarabağ – sülh və ümid diyarı", "Qafqaz üçün sülh və əməkdaşlıq", "Sülh xoşbəxtlik gətirir, xoşbəxtlik isə inkişaf", "Qələbə qəhrəmanlarını anırıq", "Qələbəni mümkün edənləri xatırlayırıq" kimi mesajlar yer alıb.

Həmçinin, avtomobillərdə işğaldan azad edilmiş şəhər və rayonların adları – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər və Laçın nümayiş olunur.

Vaşinqtonda Ağ Ev, Konqres binası – Kapitol, "Memorial" kompleksi, Nyu-Yorkda BMT-nin Baş Qərargahının qarşısı, Manhettanın mərkəzi küçələri, "Wall Street", "Financial District", Bruklin körpüsü və Tayms meydanı, Atlantada CNN binası, Detroitdə "Fox Theatre"-nin qarşısı, Bostonda isə şəhərin mərkəzi prospektlərində hərəkət edən avtomobillər yerli sakinlərin böyük marağına səbəb olub.

Aksiya Amerika-Azərbaycan Gənclər Federasiyası və Nyu-Yorkda yaşayan azərbaycanlı Nofəl Əliyevin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
59
2
baku.ws

7Sources