EN

ABŞ-ın müxtəlif şəhərlərində Zəfər Günü ilə bağlı məlumatlandırma kampaniyası keçirilir

ABŞ-ın müxtəlif ştatlarında Azərbaycan xalqının Zəfər Günü münasibətilə led ekranlı maşınlar vasitəsilə məlumatlandırma kampaniyası keçirilir.

AZƏRTAC-ın məlumatına görə, Vaşinqton, Nyu-York, Atlanta, Detroit və Boston şəhərlərində gün ərzində hərəkət edən xüsusi nəqliyyat üzərində “Cəsarət və qürurla 5 il”, “Azərbaycanın qələbəsi, ədalətin zəfəri”, “Azərbaycan qalib gəlib, ədalət qalib gəlib”, “Qarabağda davamlı sülh üçün birlikdə”, “Qarabağ - sülh və ümid diyarı”, “Qafqaz üçün sülh və əməkdaşlıq”, “Sülh xoşbəxtlik gətirir, xoşbəxtlik isə inkişaf”, “Qələbə Qəhrəmanlarını Anırıq”, “Qələbəni mümkün edənləri xatırlayırıq” kimi mesajlar, eləcə də işğaldan azad edilmiş rayonların adları - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın əks olunub.

Paytaxt Vaşinqtonda Ağ Ev, Konqresin binası - Kapitol, “Memorial” adlanan ərazi, Nyu-Yorkda BMT-nin baş qərargahının qarşısı, Manhettanın mərkəzi küçələri, “Wall Street”, “Financial District”, Bruklin körpüsü ərazisi, Tayms meydanı, Atlantada CNN, Detroitdə “Fox Theatre” qarşısı, Bostonda və eləcə də digər şəhərlərdə mərkəzi prospektlərində hərəkət edən maşınların üzərindəki mesajlar yerli əhalinin diqqətini çəkib.

Aksiya Amerika Azərbaycan Gənclər Federasiyası və Nyu-Yorkda yaşayan soydaşımız Nofəl Əliyevin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Chosen
37
2
xalqqazeti.az

7Sources