Biləsuvar rayonunda iki avtomobilin toqquşmaqsı nəticəsində xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.