EN

Lava limanında qıza sataşan 36 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT

BAKI, 8 noyabr. TELEQRAF

Naxçıvan Beynəlxalq Hava Limanında qıza sataşan 36 yaşlı kişi həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə noyabrın 6-da baş verib.

Şərur rayon sakini, 1989-cu il təvəllüdlü Əfqan Babayev hava limanını ərazisində qadının arxasına düşməklə ona qışqırmaqla onun telefonunu əlindən almağa çalışıb.

Bu zaman ərazidə olan polis əməkdaşları Həmin şəxslərə yaxınlaşaraq nə olması barədə soruşublar.

Bu zaman qadın həmin şəxsin onu narahat etməsini bildirib. Buna görə də həmin şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilib.

Polis şöbəsində həmin şəxsin Şərur rayonun kəndində anadan olmuş Əfqan Babayev (ad-soyad şərti verilib – red.) olması müəyyən edilib.

İş üzrə izahat verən Ə. Babayev bildirib ki, noyabrın 6-da hava limanına gəlib: “Ora gəlməkdə məqsədim Bakı şəhərinə getmək olub. Biletimin uçuş vaxtı gecikdiyi üçün yeni bilet almaq üçün kassadan növbə çəkdikdən sonra kassanın yanında olan oturacaqlarda bir qızın əyləşdiyini gördüm. Bu zaman həmin qızla danışdım. Daha sonra çölə çıxaraq siqaret çəkdim”.

Təqsirli bilinən şəxs bildirib ki, polis idarəsində verdiyi izahatında qeyd olunanlar doğrudur: “Hadisə içkili olduğum üçün baş verib. Törətdiyim əməldən peşman olmuşam. Bir daha belə hallara yol verməyəсəm”.

İş üzrə izahat verən Əsmərin deyib ki, noyabrın 6-da Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün hava limanına gəlib: “Hava Limanın qarşısında təyyarənin enməsini gözlədiyim zaman 1 nəfər tanımadığım şəxs sərxoş vəziyyətdə yaxınlaşaraq çay içməyə getməyi təklif etdi. Ona ehtiyac olmadığını bildirdim. O, yanımda dayandığı üçün özüm hava limanın qarşısında daşın üstündə əyləşdim. Həmin şəxs yanımda oturaraq əlini boynuma salmaq istədiyi üçün ondan kənara çəkildim. Bu zaman həmin şəxs mənə bir daha yaxınlaşmaq istədi”.

Əsmər qeyd edib ki, ona zəng gəldiyi üçün telefonu açmaq istəyib: “Bu zaman həmin şəxs telefonu açmağıma icazə vermədi, məndən almaq istədi. Buna görə də onun üstünə qışqırdım və qorxduğum üçün insanların arasına getməyə, davam etdiyi təqdirdə atama məlumat verməyə qərar verdim. Hava Limanından çıxış qapısından içəri daxil olaraq bilet almaq üçün təyin olunmuş çek aparatının yanında olan oturacaqda əyləşdim. Həmin şəxsdən kənarlaşmaq istəsəm də, o, mənə yaxınlaşdı, bir daha telefonumu əlimdən almaq istədi. Bundan sonra oradan keçən hava limanı əməkdaşına həmin şəxsin məni narahat etməsini dedim. Bu zaman həmin şəxsin hərəkətlərini görən və nəzarət edən polis əməkdaşları bizə yaxınlaşaraq nə olduğunu soruşdular. Sonra bizi polis şöbəsinə gətirdilər”.

Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 9 gün müddətinə inzibati qaydada həbs edililib.

Chosen
45
teleqraf.com

1Sources