Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan həbs olunmayacaq.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə sabiq nazir özünün sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Antikorrupsiya Məhkəməsi İstintaq Komitəsinin vəsatətini təmin etməyib.
Kerobyan əlavə edib ki, vəsatət təkcə ona qarşı yox, eyni zamanda, on ildən çox davam edən iş üzrə 10-dan çox digər şəxsə qarşı vəsatət də təmin olunmayıb.
"Cebheinfo.az"