EN

Məşhur müxalifətçilər Ərdoğanın partiyasına keçir

Türkiyə siyasətində atmosfer yenidən yüksəlib. Ana müxalifət lideri, CXP sədri Özgur Ozəlin Prezident Rəcəb Teyyub Ərdoğanın ünvanına xoşagəlməz ifadələr səsləndirməsi qarşılıqlı ittihamlara yol açıb. Metbuat.az xəbər verir ki, iqtidar-müxalifət qarşıdurması fonunda Prezident Ərdoğanın lideri olduğu AKP-nin sıralarının genişlənməsi gündəmə damğa vurub. Qeyd edək ki, son vaxtlar Türkiyənin əsas müxalifət partiyalarında təmsil olunan xeyli sayda siyasi fəal AKP sıralarına qoşulub. Onların arasında CXP və Yenidən Refah Partiyasını təmsil edən bələdiyyə sədrləri də var. İstefaların kütləvi xarakter alması gözlənilir.

Yenidən Refah Partiyasının sədri Fatih Ərbakan bu mövzuda açıqlama verib. Siyasətçi partiyasındakı istefaların arxasında Türkiyə hakimiyyətinin dayandığını deyib.

Chosen
21
1
metbuat.az

2Sources