EN

Türkiyədə fabrikdə baş verən yanğında 7 nəfər ölüb

Türkiyədə fabrikdə yanğın nəticəsində 7 nəfər həlak olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.

Yanğın nəticəsində 7 nəfər ölüb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.

Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.

Chosen
31
9
apa.az

10Sources