EN

Mareska: “Qarabağ”la oyunda problem rotasiya deyildi”

“Çelsi”nini baş məşqçisi Entso Mareska İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runinin ona dair iradlarına münasibət bildirib.

Arena.az xəbər verir ki, Runi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda baş tutmuş “Qarabağ”la (2:2) oyundakı nəticəyə görə Mareskanı günahlandırıb.

O, italiyalı mütəxəssisin Azərbaycan çempionu ilə görüşdə heyətdə çoxsaylı dəyişikliklər etdiyinə görə komandanın xal itirdiyini vurğulayıb. Mareska isə Runinin iradlarını belə cavablandırıb:

“Mən artıq dəfələrlə demişəm ki, elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmətlə yanaşıram. Amma “Qarabağ”la oyundan sonra da qeyd etmişdim ki, kluba gələndən bəri futbolçular arasında rotasiyanın vacibliyinə inanıram və heç kim bundan narazı olmayıb, yaxud bunun uduzmağa səbəb olduğunu deməyib.

Məncə, əgər rotasiyada Andrey Santos kimi Braziliya yığmasının üzvü, Yorrell Hato kimi Niderland millisinin oyunçusu, Estevan kimi Braziliya yığmasının gənc istedadı iştirak edirsə, problem rotasiyada deyil. Onlar istedadlı və bacarıqlı futbolçulardır. Əlbəttə, gənc oyunçuların inkişaf etməsi üçün onların səhv etməsinə imkan vermək lazımdır”.

“Çelsi”nin baş məşqçisi yarımmüdafiəçi Romeo Laviyanın “Qarabağ”la oyunda zədələnməsinə də münasibət bildirib. O, belçikalı futbolçunun 8-ci dəqiqədə meydanı tərk etməsindən olduqca təəssüfləndiyini vurğulayıb:

“Bu, xüsusilə onun üçün çox məyusedicidir. Uzun müddət formada olmayacaq. Ümid edirəm, zədəsi gözlədiyimzdən ağır deyil”.

Mareska dayaq yarımmüdafiəçiləri – “zadəganlar”ın ekvadorlu futbolçusu Moyzes Kaysedo və “Mançester Siti”nin ispan futbolçusu Rodrini də qiymətləndirib:

“Məncə, Kaysedo və Rodri hazırda dünyada ən yaxşı iki dayaq yarımmüdafiəçisidir”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
20
30
arena.az

10Sources