EN

İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edir

Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı paradda çıxış edir.

Chosen
26
31
Ajans.az

10Sources