Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
“5 il əvvəl Qarabağda böyük zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan daim “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - deyə nazirliyin “X” hesabındakı paylaşımda qeyd olunub.