Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında təbrik mesajı paylaşılıb.
“5 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədi “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - nazirliyin təbrik mesajında qeyd edilib.