EN

Hikmət Hacıyev Zəfər Günü ilə bağlı paylaşım etdi: “Müzəffər Azərbaycan Silahlı Qüvvələri sülhün qarantıdır”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.

Editor.az-ın xəbərinə görə, Hikmət Hacıyev özünün “X” hesabında Zəfər Günü münasibətilə keçirilən paradın görüntülərini dərc edib.

“Vətən müharibəsində qalib gəlmiş xalq!

Müzəffər Azərbaycan Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır.

Müharibədə qalib gələn Azərbaycan indi dünyada da qalibiyyət əldə edir”, – deyə o paylaşımda bildirib.

Chosen
51
editor.az

1Sources