"Neftçi" və "Qarabağ" indiyədək 99 matçda üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, bu görüşlərdə ən çox Ağdam təmsilçisi qələbə qazanıb.

Onlar 45 dəfə qarşılaşmadan üstünlüklə ayrılıb. 31 görüş heç-heçə, 23 oyun isə "Neftçi"nin qələbəsi ilə başa çatıb.

 Baş tutan matçlarda ümumilikdə 224 qol qeydə alınıb. Ağdam təmsilçisi 140, "Neftçi" isə 84 dəfə fərqlənib.

"Qarabağ" öz meydanında keçirilən görüşlərdə 25 qələbə qazanıb, 15 heç-heçə edib, 9 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi 73:38-dür.

"Neftçi" isə evdə 13 qələbə qazanıb, 20 dəfə məğlubiyyətlə üzləşib. Bakı təmsilçisinin meydanında keçirilən görüşlərdə də 15 heç-heçə qeydə alınıb. Top fərqi isə 42:64-dür.

Neytral meydanda isə "Neftçi" 1 qələbə qazanıb, eyni sayda heç-heçə qeydə alınıb. Top fərqi 4:3-dür.