EN

Azərbaycan çempionatları tarixində ilk dəfə eyni rəqiblər 100-cü dəfə üz-üzə gələcək

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan çempionatları tarixində ilk dəfə eyni rəqiblər 100-cü dəfə üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, buna qədər ən çox qarşılaşan cütlər “Qarabağ” – “Şamaxı” və “Neftçi” – “Şamaxı” olub. Hər iki komanda dueli 79 dəfə baş tutub.

99 oyundan 49-u “Qarabağ”ın, 48-i “Neftçi”nin meydanında, 2-si neytral meydanda keçirilib.

İlk oyun – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1

İlk qələbə - 20.10.1992. “Qarabağ” – “Neftçi” – 2:1

İlk səfər qələbəsi – 04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4

Neytral meydandakı oyunlar - 29.04.1996. “Qarabağ” – “Neftçi” – 1:2, 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2

Yalnız bir mövsümdə qarşılaşmayıblar - 1993

Nəticəsi ləğv olunan yeganə matç: 04.03.2001. “Neftçi” – “Qarabağ” – 1:0 (+:-)

2001/2002-ci illər mövsümündə 2, 2019/20-cu illər mövsümündə 1 oyun çempionat dayandığı üçün baş tutmayıb.

Chosen
47
3
azertag.az

5Sources