EN

Türkiyə Prezidentinin administrasiyası Bakıdakı hərbi paraddan görüntülər paylaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, fotolar Türkiyə liderinin administrasiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

"Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk", - Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.

“We see the Karabakh victory as a milestone on the path to lasting peace in the Caucasus” https://t.co/xfZhujutZp pic.twitter.com/YQ9SRr9KAG

— Presidency of the Republic of Türkiye (@trpresidency) November 8, 2025

Chosen
26
3
missiya.az

10Sources