Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.
NOCOMMENT.az xəbər verir ki, fotolar Türkiyə liderinin administrasiyasının X sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
“Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.