Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Hafta.az xəbər verir ki, Könül Əliyeva (48 kiloqram) yarımfinalda Qazaxıstanlı Diana Burkeyevanı, Hidayət Heydərov (73 kiloqram) isə Tacikistanlı Abubakr Şerovu məğlub edərək həlledici görüşə vəsiqə qazanıblar.
1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacik Ahliya Muminovaya qalib gəlib.
Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərdə qələbə qazanaraq, bürünc medal qarşılaşmalarında iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.