AZ

Azərbaycanın 2 cüdoçusu finalda, 3-ü isə bürünc medal görüşünə çıxacaq - İslamiada

Bakı. Trend:

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtıƏr-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finalayüksəlib.

Trend xəbərverir ki, Könül Əliyeva (48 kiloqram) yarımfinalda QazaxıstanlıDiana Burkeyevanı, Hidayət Heydərov (73 kiloqram) isə TacikistanlıAbubakr Şerovu məğlub edərək həlledici görüşə vəsiqəqazanıblar.

1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə,Könül Əliyeva (48 kiloqram) isə tacik Ahliya Muminovaya qalibgəlib.

Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) vəRuslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərdə qələbəqazanaraq, bürünc medal qarşılaşmalarında iştirak hüququ əldəediblər.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilən
46
1
az.trend.az

2Mənbələr