EN

Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü ilə bağlı təbrik edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.

 

"Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı - Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm", - Türkiyənin dövlət başçının paylaşımında bildirilir.

Tarix: 8 Noyabr 2025, 16:09   
Chosen
7
27
pravda.az

10Sources