EN

NATO nun B” planı: 800 min əsgər yerləşdiriləcək

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

NATO Birləşmiş Dəstək və Aktivləşdirmə Komandanlığının (JSEC) rəhbəri general-leytenant Aleksander Sollfrank bildirib ki, NATO Rusiyanın sərhədinə 800 min əsgər və hərbi texnika yerləşdirməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyada keçirilən "Bundeswehr" konfransında çıxış edən Sollfrank qeyd edib ki, Rusiyayla mümkün qarşıdurma halında Almaniya NATO üçün mərkəzi baza rolunu oynaya bilər.

“Əgər qarşıdurma baş verərsə, Almaniya NATO-nun əsas yerləşmə bölgəsinə çevriləcək. Qısa müddət ərzində NATO ölkələrindən 800 min əsgər və texnika Almaniya üzərindən ittifaqın şərq cinahına yönləndirilə bilər”, - deyə o bildirib.

Sollfrank əlavə edib ki, əgər NATO qüvvələrinin hərəkəti gecikərsə, dayanarsa və ya koordinasiyasız olarsa, Rusiyanı çəkindirmək mümkün olmayacaq."Welt" qəzetinin məlumatına görə, Friedriç Merts "Bundeswehr" konfransında Avropada önə çıxarılan rus təhdidi səbəbilə Almaniyanın müdafiə qabiliyyətinin artırılması prosesinin sürətləndirilməsini və düşüncə tərzində dəyişiklik çağırışını səsləndirib.

NATO Baş katibi Mark Rutte isə Rumıniyada keçirilən müdafiə sənayesi forumunda çıxış edərək müttəfiqləri uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb və Rusiyanı “Avropa və dünyada sabitliyi pozan güc” kimi xarakterizə edib.NATO-nun təqaüddə olan generalı Marko Bertolini isə verdiyi açıqlamada deyib ki, NATO Rusiyaya strateji məğlubiyyət verə bilməz:

“Hazırkı vəziyyətdə müharibənin sona çatması NATO və bütövlükdə Qərb üçün məğlubiyyət demək olacaq. Bu müharibə Moskvaya strateji zərbə vurmaq məqsədilə dəstəklənirdi. Lakin sahədə görünən odur ki, strateji məğlubiyyət ehtimalı indi elə NATO-nun öz üzərində dolaşır”.

General əlavə edib ki, ABŞ belə artıq gərginliyin artmasının Qərb üçün məğlubiyyətlə nəticələnəcəyini anlayır:

“Bu səbəbdən Prezident Donald Trampın son dövrlərdə açıq və aqressiv Rusiyaya qarşı ritorikadan uzaqlaşıb. Lakin bəzi Avropa ölkələri hələ də Moskvaya strateji məğlubiyyət vermək fikrini davam etdirir. Ukraynadakı vəziyyətin necə və nə vaxt sona çatacağını bilmirik”. 

Xatırladaq ki, oktyabr ayının əvvəlində Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya “illərdir Ukrayna ordusu ilə deyil, bütün NATO ilə mübarizə aparır”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
98
45
cebheinfo.az

10Sources