EN

"Qarabağ" - "Neftçi" derbisinin bütün biletləri alınıb

Misli Premyer Liqasının "Zəfər turu" (Xl) çərçivəsində "Qarabağ" - "Neftçi" komandaları arasında keçiriləcək oyun üçün satışa çıxarılan bütün biletlər alınıb.

Moderator.az xəbər verir ki, derbinin keçiriləcəyi 5 800 tamaşaçı tutumuna malik "Azersun Arena" tam dolu olacaq.

Oyun sabah saat 18:44-də start götürəcək. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Chosen
29
11
moderator.az

10Sources