Misli Premyer Liqasının “Zəfər turu” (Xl) çərçivəsində "Qarabağ" - "Neftçi" komandaları arasında keçiriləcək oyun üçün satışa çıxarılan bütün biletlər alınıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma noyabrın 9-u saat 18:44-də start götürəcək.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.