EN

Marneulidə baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstanın Marneuli rayonunda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Marneulidə bir neçə gün əvvəl baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb və həmin şəxslərdən birinə qarşı cinayət işi açılıb.

Nazirliyin Kvemo Kartli, Kaxeti və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə qarşı qrup halında hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamları irəli sürülüb.

Eyni iş üzrə sifarişlə adam öldürməyə hazırlaşmaqda və qanunsuz silah saxlamaq iitihamı ilə həbsdə olan daha bir şəxsə də ittiham irəli sürüləcək.

İstintaqın məlumatına görə, 2025-ci ilin sentyabrında əvvəllər bir neçə cinayətə görə məhkum edilmiş və hazırda axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov Marneulidə yaşayan iş adamı, 1980-ci il təvəllüdlü N.A.-nı Türkiyəyə 50 min ABŞ dolları köçürməyi tələb edib.

Pulun ödənilməsindən imtina edildikdən sonra M.Məmmədov Gürcüstanda yaşayan D.M., E.O. və A.A.-ya 10 min ABŞ dolları müqabilində N.A.-ya məxsus avtomobil ehtiyat hissələri mağazasına atəş açmaq tapşırığı verib. Onlar sifarişi yerinə yetirərək avtomat silahla atəş açaraq mağazanın fasadını zədələyiblər.

Polisin məlumatına əsasən, saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və istintaqla əməkdaşlıq edirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 25-181 və 236-cı maddələri ilə araşdırma aparılır.

Cinayətlərin sübuta yetirilməsi halında təqsirləndirilən şəxsləri yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
2
cebheinfo.az

3Sources