Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəsinə verilmiş bəzi yeni silah və texnikalar da ilk dəfə nümayiş olunub.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə baş tutan paradda silahlanmaya yeni qəbul edilmiş və ilk dəfə nümayiş olunan silah və texnikalar bunlardır:
– “Hero-120” sərbəst uçan döyüş sursatları;
– “Vaşaq” xüsusi əməliyyat nəqliyyat vasitələri (Milli Müdafiə Sənayesinin məhsulu);
– “Kobra 2” zirehli tibbi təxliyə avtomobilləri:
– “HQ-9BE” uzaqmənzilli müdafiə sistemləri;
– “Kayra” dəniz kamikadze dronları.