EN

Pelosinin təqaüd qərarı

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

34 yaşlı Zöhran Məmdaninin Nyu-York meri seçilməsi ilə Demokrat Partiyası daxilində cavanlaşma səsləri daha da artır. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 37 illik siyasi karyerasından sonra 85 yaşında təqaüdə çıxmaq qərarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Nümayəndələr Palatasının ilk qadın spikeri kimi tarixə düşən Demokrat Partiyası verdiyi açıqlamada bildirib.

"Konqresə yenidən seçilmək üçün namizəd olmayacağam. Minnətdarlıq hissi ilə, sizin qürurlu nümayəndəniz kimi sonuncu ili başa vurmağı səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.

Hazırkı səlahiyyət müddəti 2027-ci ilin yanvar ayında başa çatacaq. ABŞ Konqresinə ilk dəfə 1987-ci ildə 47 yaşında seçilən Nensi Pelosi ilk dəfə 2003-cü ildə Nümayəndələr Palatasının Demokratlar Qrupunun sədri vəzifəsini öz üzərinə götürüb.

Pelosi 2023-cü ilin əvvəlində spikerlikdən istefa verib və daha çox arxa planda qalaraq Konqresdəki işini davam etdirib.

Ağ Ev Pelosinin təqaüdə çıxması ilə bağlı açıqlama yayıb: "Nensi Pelosinin təqaüdə çıxması Amerika üçün gözəl bir şeydir. O, pis və korrupsioner idi", - deyə bəyanatda qeyd edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
bizimyol.info

1Sources