Noyabrın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə yeni yaranmasına baxmayaraq, qısa müddətdə brendə çevrilən "YaaRa Tekstil" də dəvət alıb.
Təbii ki, səbəbsiz deyil.
"YaaRa" arxada qalan 1 ildə bir çox idmançılarımızı zövqlü geyimləri ilə təmin edib.
Belədə "YaaRa"nın təqdirəlayiq fəaliyyətinə AİJA biganə qalmayıb. 2024-cü ildə yaradılan şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tədbirə dəvət alıb.