EN

Zəfər Günü ilə əlaqədar Bakı metrosu iş rejimini uzadacaq

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Qurumdan Teleqraf-a verilən məlumata görə iş rejimi 1 saat uzadılacaq.

Metronun bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Chosen
16
38
sherg.az

10Sources