EN

Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib...-Nədən danışıblar?..

Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyan  2018-ci ildə baş nazirlikdən istefasından əvvəl heç bir xarici liderlə telefon danışığı aparmadığını bildirib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb. 
 
"Aprelin 17-də, baş nazir seçilməyim münasibətilə Rusiya prezidenti mənə zəng edib təbrik etdi. İstefamdan əvvəl heç bir əhəmiyyətli şəxslə telefon danışığım olmayıb", - deyə Sarkisyan "İmnemnimi" podkastında bildirib.
 
Xocalı qatili qeyd edib ki, istefasından bəri işğalçı Rusiya diktatoru Vladimir Putindən ona üç telefon zəngi gəlib.
 
"Hələlik Putinlə o söhbətlərin məzmununu müzakirə etməkdən çəkinəcəyəm, amma vaxt gələcək ki, onlar haqqında danışacağam", - deyə o, əlavə edib.
 
 
Chosen
38
1
moderator.az

2Sources