EN

Romaya gedən azərbaycanlı xanım xeyli pul ilə birlikdə itkin düşüb

BAKI, 8 noyabr. TELEQRAF

İtaliyaya səfər edən Azərbaycan vətəndaşı 5 gündür itkin düşüb.

Teleqraf” xəbər verir ki, noyabrın 3-də təyyarə ilə Romaya yollanan Quliyeva Sona Cəmil qızından həmin gündən etibarən xəbər almaq mümkün olmayıb. O, Romaya çatdığı zaman ailəsi ilə əlaqə saxlayıb, lakin daha sonra telefonuna edilən zənglər cavabsız qalıb.

Ailə üzvləri onun axtarışı üçün polisə müraciət edib və Romada yaşayan azərbaycanlılardan kömək istəyiblər.

Məlumata görə, Sona Quliyeva İtaliyaya gəzinti məqsədilə gedib və onun üzərində xeyli miqdarda pul olub.

Chosen
44
1
teleqraf.com

2Sources