EN

Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıb

Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıbBu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 22,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 110 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 22 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstan Özbəkistana 57,7 milyon ABŞ dolları, Ermənistana 8,65 milyon ABŞ dolları, Tacikistana 3,58 milyon ABŞ dolları, Belarusa 3,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 141,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 28,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Chosen
11
3
sonxeber.az

4Sources