Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısı kimi and içib.
Aznews.az xəbər verir ki, mərasim "Boliviya TV"də yayımlanıb.
Argentina, Paraqvay, Uruqvay, Çili və Ekvador prezidentləri - Xavyer Miley, Santyaqo Penya, Yamandu Orsi, Qabriel Boriç və Daniel Noboa andiçmə mərasimində iştirak üçün Boliviyaya gəliblər.
Həmçinin vitse-prezident Edmand Lara da and içib.