EN

“Qarabağ”ın imzalı forması ABŞ-a qədər gedib çıxdı - FOTO

“Qarabağ” komandasının imzalı forması ABŞ-Azərbaycan Ticarət Palatasında xüsusi çərçivəyə alınmış şəkildə nümayiş olunur.

Bizim.Media xəbər verir ki, forma Palataya “Qarabağ” klubu tərəfindən göndərilib.

Palatanın icraçı direktoru Natiq Baxışovun təşəbbüsü ilə forma qurumun Vaşinqtondakı ofisində asılıb.

Qeyd edək ki, 1995-ci ildə yaradılan ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin, investisiyaların və qarşılıqlı ticarətin inkişafını təşviq edən qeyri-kommersiya təşkilatıdır.





Bizim.Media

Chosen
11
2
bizim.media

4Sources