EN

Dünya çempionatı: Azərbaycan atıcısı gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib  

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, 50 metr məsafəyə tapançadan atəş yarışında 550 xal toplayaraq gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib.

Həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların (x) sayına görə müəyyənləşib - Yao Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

 

Chosen
21
22
azerbaijan-news.az

10Sources