EN

Keniya prezidentinin Zelenskidən istəyi...

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Əsir götürülmüş muzdluların azad edilməsini istəyən Ruto Rusiyanın Keniya vətəndaşlarını cəlb etməsini "macəra" adlandırıb...

...Keniya Prezidenti Uilyam Ruto Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və ondan əsirlikdə olan Keniya vətəndaşlarının azad edilməsinə kömək etməsini istəyib.

SİA-nın məlumatına görə,Ruto Rusiyanın Keniya vətəndaşlarını cəlb etməsini “macəra” adlandırıb.

...Biz Ukraynadakı müharibədə döyüşmək üçün qanunsuz olaraq cəlb edilmiş gənc Keniya vətəndaşları ilə bağlı narahatlığımızı bildirdik və bu cür macəraların təhlükələri barədə məlumatlılığı artırmaq barədə razılığa gəldik. Mən Prezident Zelenskidən Ukraynada saxlanılan Keniya vətəndaşlarının azad edilməsinə kömək etməsini xahiş etdim. Xahişimi təsdiqlədiyinə görə minnətdaram...

Ruto bunu sosial media platforması X-də yazıb.

Prezidentlər arasında söhbət 6 noyabrda baş tutub.

Ukrayna Prezidentinin mətbuat xidməti bir gün əvvəl Zelenski və Rutonun Rusiyanın müharibədə döyüşmək üçün xarici vətəndaşları cəlb etməsini müzakirə etdiklərini bildirib. Ukrayna Prezidentinin ofisi qeyd edib ki, "Ukrayna və Keniya bütün saxtakarlıq üsullarından xəbərdardırlar və onların qarşısını almaq üçün daha sıx əməkdaşlıq edəcəklər".

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
sia.az

2Sources