"Qırmızı vərəqədən sonra bu nəticə yaxşıdır".
Offsideplus.az xəbər verir ki, bunu "Zirə" ilə 0:0 hesabla başa çatan matçdan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
O, oyun haqqında təəssüratlarınl bölüşüb:
- Komandamım adından Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Oyuna gəldikdə, təxmin etdiyimiz kimi çətin oyun oldu. Azlıqda qaldıqdan sonra bizə daha da çətin oldu. Uşaqlara xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Əks-hücumda kifayət qədər təhlükəli vəziyyət yaratdılar.
Təcrübəli mütəxəssis qırmızı vərəqə ilə meydandan qovulan Roberto Olabenin cəzalanmayacağını bildirib:
- Yox, heç bir cəza olmayacaq. Onun xarakteri budur. Biz ondan razıyıq. Hətta ona fasilədə dedim ki, bir az ehtiyatlı olsun. Amma onun oyun stili belədir..